
Azərbaycan Prezidenti İlham Əliyev Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın dəvəti ilə 2024-cü il iyunun 10-da Ankaraya işgüzar səfər edəcək.
Türkiyə liderinin Administrasiyasından verilən məlumata görə, danışıqlar zamanı tərəflər ölkələr arasında bütün sahələrdə ikitərəfli əməkdaşlığın daha da dərinləşdirilməsini müzakirə edəcəklər.
Görüşdə Azərbaycan-Türkiyə münasibətlərinin inkişaf etdirilməsi yolları, həmçinin qarşılıqlı maraq doğuran aktual regional və qlobal problemlər müzakirə olunacaq.