🇷🇺 Müxalifətçi Kara-Murza da ən sərt həbsxana rejiminə – PKT-yə köçürüldü.
Formal səbəb isə siyasətçinin bir neçə saniyə əllərini arxada tutmaması olub. Vladimir Kara-Murza Omskda ciddi rejimli koloniyada 25 il cəza çəkir. O, altı ay kamera tipli müəssisədə saxlanılacaq – bu, mümkün olan maksimum müddətdir.
Bir gün əvvəl müxalifətçi İlya Yaşin də PKT-yə köçürüldü – o, təxminən bir aya yaxın ŞİZO-da qaldı. Və bundan əvvəl, 2022-ci ildə eyni cəza koloniyada Aleksey Navalnıya da verilib.