Azərbaycan əsilli namizəd ikinci tura keçdi 30/06/24 7:25 Posted By: администратор 0 Comment İranda keçirilən prezident seçkilərində namizədlərdən heç biri 50%-dən çox səs toplaya bilməyib. İkinci tur iyulun 5-də baş tutacaq (İranın Tasnim xəbər agentliyi). İkinci tura Məsud Pezeşkian və Səid Cəlili çıxıb: ▪️ Məsud Pezeşkian Azərbaycan əsilli İranın islahatçı siyasətçisi, keçmiş səhiyyə naziri və İran parlamentinin üzvüdür. O, 2013-cü ildə (namizədliyini geri götürüb) və 2021-ci ildə (diskvalifikasiya edilib) İran prezident seçkilərində iştirak edib. ▪️ Səid Cəlili mühafizəkar namizəd, İranın Ali Rəhbərinin Ali Milli Təhlükəsizlik Şurasındakı nümayəndəsi.