Türkiyə kəşfiyyatı Suriyada “təxribatların qarşısını almaq üçün” intensiv işləyir
Türkiyə kəşfiyyatı MİT Suriyadakı təxribatlardan sonra bu ölkədəki vəziyyəti nəzarətə götürüb. Bu barədə Türkiyə mediası təhlükəsizlik orqanlarındakı mənbələrə istinadən yazır. “Milli Kəşfiyyat Təşkilatı Suriyadakı vəziyyəti nəzarət altına almaq, sakitlik və təhlükəsizliyi təmin etmək üçün yerlərdə intensiv işləyir. Bu barədə prezidentimiz mütəmadi olaraq məlumatlandırılır”, – məqalədə qeyd olunur.
İyulun 1-də Suriyanın 7 şəhərində nümayişçilər Türkiyə bayraqlarını və yük maşınlarını yandırıblar.