🇹🇷 Türkiyə Suriyanın cavabını gözləyir
“Zamanın ruhu bizi [Suriya ilə] sülh bağlamağa təşviq edir. Ümid edirik ki, prezident Ərdoğanın sülh çağırışları [Suriya hakimiyyəti tərəfindən] təqdir olunacaq. Biz Rusiya və İranın danışıqlarda konstruktiv roluna ümid edirik”.
– Türkiyənin xarici işlər naziri Hakan Fidan Səudiyyə Ərəbistanından olan həmkarı şahzadə Faysal bin Fərhan Əl Səud ilə söhbətindən sonra deyib.
Fidan Suriya ilə dialoqun 2017-ci ildən müxtəlif səviyyələrdə davam etdiyini xatırladıb. O qeyd edib ki, Ankara Suriya müxalifəti ilə bağlı mövqeyini dəyişməyəcək: “Biz onların terrorla mübarizədə verdikləri fədakarlıqları unuda bilmərik, onlardan əl çəkməyəcəyik”. O, həmçinin bildirib ki, Türkiyə hakimiyyəti suriyalı qaçqınları öz vətənlərinə zorla deportasiya etmək niyyətində deyil.