“Ermənilərin himayədarı” bütün korrupsiya faktları üzrə təqsirli bilinib
Nyu York məhkəməsi qızğın ermənipərəst mövqeyə malik ABŞ senatoru Menendesi rüşvətxorluq, qəsb, dələduzluq və xarici agent kimi işləmək də daxil olmaqla, bütün 18 korrupsiya maddəsi üzrə təqsirli bilib. Hökm oktyabrın 29-na təyin edilib.
Menendezin məhkəməsi mayın 13-də başlayıb. O, korrupsiyada ittiham olunub. Qeyd olunur ki, Menendez Misir və Qətər hökumətlərinə qızıl külçələr, nağd pul, dəbdəbəli avtomobil və Formula 1 yarışlarına bilet müqabilində siyasi xidmətlər göstərib.
Menendez 20 ildən artıqdır ki, Konqresdə ən fəal ermənipərəst lobbiçilərdən biridir. Həyat yoldaşı – Nadine Arslanyan. Sentyabrın 23-də o, yuxarıda qeyd olunan ittihamlarla əlaqədar Konqresdə strateji əhəmiyyətli qurumlardan biri olan Senatın Xarici Əlaqələr Komitəsinin sədri vəzifəsindən istefa verib.