🇹🇷🇦🇿Türkiyə Təhlükəsizlik Şurası Bakı ilə İrəvan arasında münasibətlərin normallaşdırılmasını müzakirə edəcək
Bu gün Türkiyə Milli Təhlükəsizlik Şurasının iclası keçiriləcək.
Prezident Ərdoğanın sədrliyi ilə keçiriləcək görüşün əsas mövzularından biri Azərbaycan və Ermənistan arasında münasibətlərin normallaşması olacaq.
Yunanıstanla münasibətlər, Şərqi Avropa və Yaxın Şərqdəki münaqişə, terrorla mübarizə və Suriya ilə münasibətlərin normallaşdırılması da müzakirə olunacaq.