Astana danışıqları başladı!
Suriyada daimi sülh və siyasi böhrana çözüm istəyən Astana danışıqlarıbu gün öz işinə başlayıb.
Rusiya, Türkiyə və İranın təşəbbüsü ilə Qazaxıstanın paytaxtı Astanadaki Suriya danışıqları başlayıb.
Suriyada atəşkəs sazişinin təsdiq olunması və siyasi həllin bərqərar olmasını istəyən Astana danışıqları, bu gün yerli vaxtla 13.00 də öz işinə başlayıb.
Suriya hökumət və müxalifət nümayəndələri, atəşkəs təminatçıları olan Rusiya, Türkiyə və İran, Birləşmiş Millətlər Təşkilatı Suriya Xüsusi Nümayəndəsi Staffan də Mistura danışıqlarda iştirak edir.
Danışıqlara ABŞ -ın Astandakı Səfiri Corc Krol da müşahidəçi kimi iştirak edəcək. Rus nümayəndə heyətinə Rusiya Prezidenti Vladimir Putinin Suriya Üzrə Xüsusi Nümayəndəsi Aleksandr Lavrentyev, Türkiyə nümayəndə heyətinə Xarici İşlər Nazirinin Müavini Sədat Önal, İran nümayəndə heyətinə də İran Xarici İşlər Nazirinin Müavini Hüseyn Caberi Ənsari sədrlik edəcək. Mətbuata qapalı keçiriləcək görüşləri 24 ölkədən gələn 500-ə yaxın jurnalist izləyir.
2 gün davam edəcək danışıqların sonunda birgə mətbuat konfransı keçiriləcək.
REJİM VƏ MÜXALİFƏT ÜZBƏÜZ GÖRÜŞMƏYƏCƏK
Astanadaki görüşlərdə müxaliflər və rejimin təkbətək görüşün keçirilməyəcəyi açıqlanıb.
Danışıqlarda ilkin olaraq atəşkəsin müdafiə edilməsi olduğu deyilir.
Transqafqaz.com
Mirvari Rza