Avropada Tram Kabusu. XX əsr dünya düzəninin sonu…

23/01/17 11:02

ABŞ-ın yeni Prezidenti Donald Trampın vəzifəyə başlamasına Avropalı liderlərdən fərqli reaksiyalar gəldi.

Bəzi liderlər, yeni dövrü ikitərəfli münasibətlər baxımından yeni fürsət olaraq görərkən bəziləri Tramp dövrünün yeni dünya nizamına işarət etdiyini bildirib.

ALMANİYA: XX ƏSR SONA ÇATDI
Avropa Birliyinin (Aİ) lokomotiv ölkəsi Almaniyanın Xarici İşlər Naziri Frank Uolter Steinmeier, Trampın prezident seçilməsini “XX əsr dünya düzəninin sona çatdı” kimi qiymət verib. “Donald Trampın seçilməsi keçmiş 20-ci əsr dünyası tamamilə başa çatdı. “Hansı bir yeni qaydanın tətbiq ediləcəyi, sabahın necə olacağının ucu açıq”. Dedi.

LE Pen : QARŞISIALINMAZ
Belə bir açıqlamanı Fransadakı ifrat sağçı Milli Cəbhənin lideri Marina Le Pen edib. Le Pen Öz, dünyadakı dəyişiklik dalğasının artıq qarşısıalınmaz olduğunu bildirərək, “Hazırda köhnə dünya düzəninin sona çatmasına, yeni bir dünyanın doğuşuna şahid oluruq. Bunda böyük ümid və imkanlar var. Millətlərin qayıdışına şahidi oluruq”. Deyə danışdı.

HOLLAND: TÖVSİYƏYƏ EHTİYACI VAR
Fransa Prezidenti Fransua Holland isə TrAmpın Aİ-yə qarşı tənqidlərinə sərt reaksiya verərək birliyin kənardan məsləhət almağa ehtiyacı olmadığını deyib. Aİ-nin ABŞ ilə əlaqələrini inkişaf etdirmək istədiyini bildirən Holland, “Avropa hər zaman transatlantik əməkdaşlığı davam etdirmək arzusundadır ancaq bunu öz dəyərləri və maraqları əsasında həyata keçirəcək. Nə etmək lazım olduğu mövzusunda kənardan məsləhət almağa ehtiyacı yoxdur”. deyə bildirib.
BELÇİKA: Aİ YENİ DÖVRƏ GİRDİ
Belçika Baş Naziri Çarlz Mişel, 2-ci Dünya Müharibəsindən bu yana ABŞ-ın təhlükəsizlik baxımından Avropa üçün önəmli bir müttəfiq olduğunu qeyd edib. Avropa və ABŞ arasındakı ittifaqın NATO çərçivəsi daxilində sülh və sabitliyi təmin etdiyini bildirən Mişel, iki tərəf arasındakı iş birliyinin davam etməsinin həyatı olduğunu vurğulayıb.

ABŞ-ın yeni prezidentinin, terrorçuluq və radikalizmlə mübarizədə güclü əməkdaşlığa davam etməsini ümid etdiyini dilə gətirən Mişel, “Aİ yeni bir dövrə girdi. Avropanın artıq hər zamankından daha çox öz gündəliyini və maraqlarını müdafiə etməsi lazım olduğunu bilməlidir”. Deyib.

İNGİLTƏRƏ
Aİ-dən çıxmağa hazırlaşan İngiltərə isə Tramp dövründə bu ölkə ilə “xüsusi əlaqələri” daha da inkişaf etdirməyi və iki ölkə arasında sərbəst ticarət müqaviləsi bağlamağı görmək istəyir. Bu həftə ABŞ-ın paytaxtı Vaşinqtona gedərək Tramp ilə görüşəcək İngiltərə Baş Naziri Theresa May, “Bu görüşdə gələcək ticarət əlaqələrimizdən danışacağıq” deyib. Terrorla mübarizə, Suriyadakı müharibə kimi dünyanın qarşı-qarşıya olduğu çətinlikləri də görüşəcəyik. Qəbul edilməz hesab etdiyim bir şey olsa, bunu Trampa deməkdən çəkinməyəcəyəm”. İfadələrini işlədib.

Transqafqaz.com

Mirvari Rza