UNEC nəzdində Sosial-İqtisadi Kollecdə 1414 nəfər tələbənin iştirak etdiyi qış imtahan sessiyasında , 900-dən çox kəsilən, 60 nəfəri imtahana buraxılmayan, 4o nəfəri oxumaqdan imtina edən, 12 tələbəsi əlaçı olan imtahan uğur hesab oluna bilərmi? Nə məsələdir? Bu qədər kəsirlərin səbəbi nədir?
Rəis Ərdoğan maraqlı bir müraciət formasından istifadə edirdi. Rəqiblərinə, rəqiblərindən xalqa nəsə demək istəyəndə “Eyyy CHP, Eyyy Kılıcdaroğlu” formasında səslənirdi, sözlərini çatdırardı. Ölkədə elə əndrabadi hoqqalar baş verir ki hətta cənab Ərdoğanın nədən belə heybətli hayqırışının əsl səbəblərini anlayırsan. Adi müraciət formasında inanmırsan ki, kimsə bu vurhavurda kiminsə dərdini anlaya, kitabını oxuya. Odur ki sizə səslənirəm:
Eyyy cənab Bakanımız Emin Əmirullayev!
Bu Bakının çökəyində olan UNEC nəzdində Sosial-İqtisadi Kollecinə kadro qoyanda niyə baxmadınız ki, bu adam bircə gün də olsa dərs deyibmi?, müəllim işləyibmi?, müəllimlərin, millətin balalarının yaşayış vəziyyətini anlaya biləcəkmi? təhsil müəsissəsini, azərsunun “kadrolar idarəsi” ilə qarışdırmayacaq ki?
Cavan, laçın bir oğlanı UNEC nəzdində Sosial-İqtisadi kollecə direktor təyin etmisiniz. Adı da Şəhriyar Laçınovdu. İnsafən heç kim deyəbilməz ki imtahan prosesində kimsədən nəsə alınıb və.s. Amma, kollecə gələndən günü daha çox “nümunəvi iş təcrübəsi” kimi müəllim və əməkdaşlardan birindən digərinə qarşı “xidməti izahat” almaqdan ibarətdir. Kollec olub sözün əsl mənasında “istintaq idarəsi”. Hamının başı qarışıb intizam komissiyasının iclaslarna “xidməti müəlumat”lar, izahatlar yazmağa. Direktor təyin olunandan cəmi 7 ay keçib. Düzdü onun da 3 aya yaxını yay tətilinə, 1 ayı da cop -29 düşüb, lakin, maşallah da yenilikləri olubdur ki, bu yeniliklərlə sizi tanış edim.
- Kollecdə dərslər Azərbaycan Himni başlardı. Daha başlamır. Təzə direktor icazə verməyibdir, Azərbaycan Himnin kollecdə səsini qəti olaraq kəsibdir.
- Kollecdə fevral ayının 13-də keçirilən iclasında səslənən məlumatlara görə imtahana 1414 nəfər girib, kəsilən tələbələrin sayı barədə hesabat verənin çox tələsik vəsürətli oxuması ucbatından çox cüzi faktları əldə etmək mümkün oldu. Məlum oldu ki, kəsirlərin sayı 800 dən xeyli çoxdur. 60 nəfər də imtahana buraxılmayıbdır. 40 nəfər tələbədə də sosial vəziyyətlərinin ağırlığından, təhsil xərclərini ödəyə bilməməsi səbəbindən (1000 manat) və kollecdə kəsir etimallarının yüksək olduğundan oxumağın daşını atıb və sənədlərini kollecdən geri alıbdır. Yəni 900 nəfərdən çox tələbə ya kəsilib, ya da bu və digər səbəblərdən təhsildən kənarda qalıb. 1414 nəfərdən cəmi 12 tələbə əlaçı olub. 181 nəfər də A.B.C qiymətlər alıb. Onların da bir qismi qiyabi təhsil alan tələbələrin payına düşür. Oda bildirildi ki, kollecdə son illərdə heç vaxt bu qədər tələbə kəsilməyibdir. Ötən illə müqayisədə iki dəfə çox kəsir olubdur. Nəticədə ümidini az da olsa təqaüdə bağlayan tələbələrin ümidləri puç oldu, Ümumiyyətlə Kollecdə müəllimlərin maaşı kimi tələbələrin təqaüdü də çox aşağıdır, bildiyim qədər müəllimin maaşı 463, tələbənin təqaüdü isə 70 manatdır civarındadır. Bu imathanın nəticələrindən sonra onsuzda çox az olan təqaüd də az təqaüd alan tələbələrin əksəriyyəti də təqaüddən kənarda qalacaqdır. Bu məsələyə növbəti yazılarımda qayıdacağımdan başqa daha əlaqəli məsələlərə toxunmaq istərdim.
- Əslində tələbələrin bu qədər çox kəsilməsinin səbəbi nədir? Tələbələr əvvəldən kollecə qəbul olandanmı savadsızdırlar? Kollecə qəbul olandan sonramı oxumadılar? Müəllimlər dərsmi demirlər? Yoxsa bilmədiyimiz daha mübhəm səbəblər var?
Əvvala qeyd edim ki, bizim millətimiz savadsız deyildir, əksinə zəkidir, çalışqandır, ona ürəklə, həvəslə və niyə oxumaq onlar üçün həyati əhəmiyyətlidir, zəruridir:- izah edilsə, tələbələrin mütləq əksəriyyəti oxuyacaqdır, ciddi nəticələr ortaya qoyacaqdır. Məni tanıyan xeyli dostlar-tanışlar bilir ki, mən Bakı Dövlət Universitetinə qəbul olandan sonra ailəmizin 10 nəfərdən çox üzvü BDU-nun tarix, hüquq fakultələrinə qəbul oldular. Onları mən hazırladım. Bu gün də hər biri çox nümunəvi müəllim və ya mütəxəsis kimi çalışırlar. Kollecdə olan tələbələrimin içərisindən də öz evimdə təmənnasız olaraq hazırladığım tələbələr ciddi uğurlar əldə etdilər, kollecin verdiyi balla deyil, köhnə illərin məzunu kimi imtahan verib BDU-nun hüquq, tarix fakultələrinə qəbul olublar. Millətimizin övladlarında problem yoxdur. Problem başqa məsələlərdədir ki, əslində sizinlə,adiyyatı qrumun səlahiyyətli şəxsləri ilə bu məsələləri bölüşmək istəyirəm. Nümunə üçün bildirim ki, bu il dərs dediyim qiyabi şöbənin 2304 qrupunda imtahan verən tələbələrimin biri də kəsilməyibdir. Niyəsinə sonrakı yazılarımda mütləq qayıdacağam?
Təsildə problem başqa məsələlərdən qaynaqlanır. Kollecdə yaranan bu acınacaqlı vəziyyəti az qala uğur kimi təqdim edən, təhsil sahəsini bilməyən, tədrisi prosesini, təhsilə dair dövlət standarlarını, imtahanların keçirilməsi qaydalarını, ən azından “münaqişə komissiyası” nəyi necə və hansı qanuna həll etməlidri məsələsini tənzimləyən heç nə yoxdur. Təhsil və imtahan prosesini tam anlamayanların təhsilə rəhbərlik etməsi, “çox tələbə kəsilibsə deməli obyektivlik olubdur” prinsipini rəhbər tutmaq böyük yanlışlıqdır, obektivlikdən də haqq-ədalətdən uzaqdır və təhsilləəlaqəsi yoxdur və bu hal bizə yaxşı heç nə vəd etmir. Xüsusən bu qədər tələbənin əsassız yerə kəsilməsinin səbəbləri araşdırılmalı və onun nəticələrinə görə kimin necə və hansı məsuliyyət daşıdığı müəyyən edilməlidir.
Bildirilməlidir imtahan hər şeydən əvvəl tələbənin bilik, bacarıq və potensialını müəyyənləşdirmək məqsədi daşıyır. Bu cür keçirilən imtahan qaydaları, imtahana hazırlıq mərhələsi, imtaham prosesi və xüsusən apelyasiya qaydaları əvvəlcədən tələbələrə izah edilməlidir. Tədris ilinin əvvəlindən imtahanın kecirilmə qaydaları haqqında təlimat, əsasnamə yazılıb pedaqoji şurada təsdiq edilməli idi. Sonra tədris ilinin əvvəlindən tələbələrə bu əsasnamə verilməli, izah edilməli, tələbənin məsuliyyəti artırılmalı idi. Tələbələrə hər şey yaxşı olacaq vədi verib sonra bu qədər kəsir yaradaraq keçirilən dərsin, müəllimin, bütövlükdə kollecin nüfuzunu sıfırlamaq böyük qəbahətdir, təcürbəsizliyin, səriştəsizliyin, mənəmliyin biabırçı bir təzahürüdür.
Ardı var