Özbək tarixçi alim məhkəmədə qalib gəldi…

11/02/17 10:11

Tarixçi alim Dilavər Əzimlinin verdiyi bilgiyə görə bir neçə gün bundan əvvəl Özbək dostumuz Şuxrat Barlas məhkəmədə bəraət alaraq qalib gəlib. D. Əzimli öz facebook səhifəsində yazıdığı statusu təqdim edirik.

Onu Azərbaycanda hamı tanıyır. Fərqanədən Qarabağa qədər erməni vəhşiliklərindən və erməni psixologiyasından tarixi sənədlər əsasında kitablar yazmışdı. Onu ermənilər məhkəməyə verdilər. Biz, Bütöv Azərbaycan Ocaqları olaraq onun müdafiəsinə qalxdıq. Bu gün (dünən) Özbəkistanda onun məhkəməsi oldu. Məhkəmdə Şuxrat hoca qələbə çaldı. Məhkəmə hakimi ona bildirib ki, sən bu cür kitabları Peterburqda da rus dilində nəşr etdir. Sən bu cür özbəkcə çoxlu kitablar yaz. Bizim Özbəkistanda hamı erməni vəhşilikləri barədə məlumatlı olsunlar. Məhkəmənin hakimi deyib ki, Azərbaycan bizim doğma vətənimizdir. Şuxrat hoca Bütöv Azərbaycan Ocaqlarına öz minnətdarlığını bildirdi və dedi ki, Azərbaycana gələndə mütləq sizin ocaqda çıxış edəcəyəm. Biz də, Bütöv Azərbaycan Ocaqları olaraq onu bu qələbə müansibətiylə təbrik edir, Özbək qardaş və bacılarımıza sayğılar diləyirik. Onlara bildiririk ki, vaxtilə babamız Əmir Teymur Turanı qurmaq üçün çalışırdı. Biz də bu yolu davam etdiririk. Sonda bu işdə böyük əmək sərf edən həmyerlimiz, Özbəkistanda Azərbaycan disporasının sədri Mobil Məmmədova dərin minnətdarlığımızı bildiririk

Transqafqaz.com

Pərvanə Turançı