Türkiyədə Referendum 16 Apreldə…

11/02/17 10:49

Hakim partiya, referendum kampaniyasının startını 25 Fevralda Ankarada verəcək. 10 min nəfərlə səfərbərlik başlanır.

Dövlət başçısı Rəcəb Tayyib Ərdoğan, Prezident sistemini ehtiva edən konstitusiya dəyişikliyini dünən təsdiq edib. Təsdiqlə birlikdə referendum tarixi də aydınlaşdı. Referendum, dəyişikliyinin Rəsmi Qəzetdə yayımını təqib edən 60-ci gündən sonrakı ilk bazar olan 16 Apreldə keçiriləcək. Referendumda ağ rəng üzərində “Bəli”, qəhvəyi üzərində “Xeyir” sözləri yazılı olan iki ayrı rəngdən ibarət səsvermə bülletenindən istifadə ediləcək. Siyasi partiyalar və Prezident, referendumun keçiriləcəyi 16 Apreldən əvvəlki yeddinci gündən etibarən referendumdan bir əvvəlki gün saat 18.00-a qədər radio və televiziyalardan təbliğat qura bilərlər.

Transqafqaz.com

Pərvanə Turançı