Elm adamları, Sakit Okeanının altında dünyanın səkkizinci qitəsi olaraq qəbul edilə biləcək bir quru parçası tapıb.
Geological “Society of Americas Journal” jurnalında dərc olunan məqaləyə görə, alimlər Sakit Okeanının cənub-qərbində yüzdə 94- faizi sular altında qalmış “Zealandia” adlı yeni bir quru parçası üzərində iş aparır və elm adamları, buranın dünyanın 8-ci qitəsi olduğunu irəli sürdülər.
Zealandiya, təxminən 5 milyon kvadrat kilometr sahə Avstraliya qitəsinin üçdə birinə üst-üstə düşür.
Yeni Zelandiyanın şimali, Cənubi Adası və Yeni Caledonia da bu quru parçasına bağlıdır.
Tədqiqatın baş redaktorlarından Yeni Zelandiya Yer üzrə mütəxəsisi Nik Mortimer, elm adamlarının Zealandiya üzərində 20 ildən daha uzun müddətdir çalışdığını bildirib.
Zealandiaynı qitə adlandırmağın siyahıya yeni bir ad əlavə etməkdən daha çox olduğunu vurğulayan Mortimer, “Bu qitə sular altında qalmış, lakin sınmamışdır. Bu vəziyyət kontinental, özəklərin birləşməsi və qırılmasını kəşf etmək adına əhəmiyyətlidir”. Deyib.
Mirvari Rza