İnsan dünyasında ən ədalətlə paylanmış nemət ağıldır. Çünki heç kəs öz ağlından gileylənmir ..
Son günlər sosial şəbəkədə, kütləvi informasyia vasitələrində olduqca əsassız bir şou düzənlənib. Mikayıl Müşviqin abidəsi sökülüb, dağıdılıb adlı kimlərinsə “düzüb qoşduğu” əsassız və haqsız bir şəbədəyə başlanıb. Bilərəkdən və ya bilməyərəkdən xeyli sosial şəbəkə fəalı bu prosesə qoşularaq haqsız nəticəyə nail ola biliblər.
Əslində nə baş verir.? Ölkə rəhbərliyinin sərəncamlarına uyğun olaraq, Füzuli meydanı ətrafında və Təzəpir məscidi istiqamətində geniş yenidənqurma və abadlıq işləri aparılır. Bu işlər çərçivəsində “Statistika dairəsi”ndə dəyişikliklər nəzərdə tutulub. Çünki ərazi viran gündədi. Mikayıl Müşviqin heykəli niyə belə zibillik içində olması , ətrafin laqeyidliklik və baxımsızlıqdan hansı vəziyyətdə oldu, hamını kor etdiyi halda, abadlıq, təmizlik yaradıldıqdan ətrafda yararsız tikililərin sökülməsi nəticəsində geniş meydan yarandıqdan sonra təbii ki heykəlin yeri də dəyişməli, daha normal qaydalar çərçivəsində münasib yerə qoyulmalıdır. Elementar məntiqlədə fikirləşəndə burada narahatlıq yaradan heç nə yoxdur. Tək narahatlıq Mikayıl Müşviqin o baxımsız viran günündə olan yerdə heykəlinin olması idi. İndi sual olunur? Bu haqsız şou kimin sifarişidi? Yunis Əmrənin “Çox pul haramsız, çox söz yalansız olmaz.” sözü lap yerinə düşür. Baxmayaraq ki, Mədəniyyət və Turizm Nazirliyi yanında Mədəni irsin mühafizəsi, inkişafı və bərpası üzrə Dövlət Xidmətinin rəhbəri Zakir Sultanov, Azərbaycan Memarlar İttifaqı İdarə Heyətinin sədri Elbəy Qasımzadə, Yasamal Rayon İcra Hakimiyyətinin başçısı İbrahim Mehdiyev, həmçinin mütəxəssislər heykəlin yenidən həmin ərazidə, əvvəlki görkəminə heç bir xələl gəlmədən quraşdırılacağı yeri müəyyən ediblər. Bax indi soruşan yoxdur ki bu qədər şounun arxasında nə və kim dayanıb? Bəlkə sadəcə eşitmək istəməyən qədər pis kar, görmək istəməyən qədər də pis kor yoxdu…
Transqafqaz.com