Londonda qanlı terroru həyata keçirənin kimliyi açıqlandı….

24/03/17 1:15

London terror saldırısının gerçək adı açıqlanıb!
İngiltərə Parlamenti qarşısında həyata keçirilən terror hadisəsi əsnasında Londonu qana bulayan təcavüzkarın əsl kimliyi açıqlanıb

İngiltərənin paytaxtı Londonda 2005-ci ildəki bombalı hücumların ardından həyata keçirilən ən qanlı terror aktı olan parlament hücumu ilə bağlı detallar da ortaya çıxır.

Mövzu ilə bağlı mətbuatın suallarını cavablandıran İngiltərənin yüksək səviyyəli terrorla mübarizə rəsmisi, iki nəfərin hazırda xəstəxanada olduğunu və ziyyətlərinin kritik olduğunu açıqlayıb. İki polis məmurunun da çox ciddi yaralara malik olduğu qeyd edib.

Açıqlamada, 52 yaşlı təcavüzkarın Xalid Məsud (Xalid Masood) olaraq açıqlanan kimliyi ilə bağlı maraqlı bir detal da bölüşdürülüb. Britaniya təvəllüdlü təcavüzkarın doğumdan sonrakı adının Adrian Rassel olduğu ifadə edilib.

İngilis polisi həmçinin hücumla bağlı gecə boyu iki nəfərin daha nəzarətə alındığını və ümumi nəzarətə götürülənlərin sayının 9-a yüksəldiyini açıqlayıb.

Polis rəsmisi, hücumların davam edəcəyi istiqamətində bir sübut olmadığını, təhlükəsizlik səviyyəsinin dəyişdirilməsi məsələsində lüzum yaranarsa, parlamentlə birlikdə hərəkət edəcəklərini bildirib.
Transqafqaz.com
Tərlan Turançı