https://www.youtube.com/results?search_query=q%C9%99l%C9%99nd%C9%99r+muxtarl%C4%B1
Bakı Dövlət Sosial-İqtisadi Kollecində “31 MART SOYQIRIMI”
mövzusunda tədbir keçirilibdir.
Tədbiri Kollecin müəllimi, Sveta Behbudova açaraq əsrin əvvəllərində Yaxın Orta Şərqdə və Qafqazlarda baş verən kütləvi qırğınlar zamanı qətlə yetirilən şəhidlərimizin xatirəsini yad etmək üçün sayğı duruşuna dəvət etdi və Bakıda 1918-ci il hadisələrindən ətraflı danışdı. “31 mart soyqırımı” ərəfəsində regionda baş verən hadisələr konteksində geniş məruzə üçün Kollecin müəllimi Qələndər Muxtarlı çıxış etdi. O, Qafqazın, xüsusən də Pyotr dövründən Bakının işğalı zamanı yerli türk əhalisinin müstəsna dirənişini unutmayaraq Bakının etnik təmizlənməsini, sonradan Rusiya imperiyasının planına daxil olmasından, Şərq məsələsində, Erməni Terror təşkilatlarının yaranma və fəaliyyət tarixindən, İngilis-Rus- Fransız ittifaqının Müsəlman Türklərə qarşı yönəlməyindən, “Səssiz İşğallar” həyata keçirilməsindən, və bu günümüzdə hər birimizin qarşısında duran vəzifələrdən ətraflı məruzə etdi.
Sonra söz Kollecin Direktoru Pedaqogika Elmləri doktoru Vidadi Orucova verildi. Direktor, Ermənilərin Qafqazda məskunlaşmasından sonra bölgədə həyata keçirdikləri soyqırım siyasətindən, Qərbi Azərbaycanda bizim torpaqlar hesaqbına Ermənistan adlı qondarma, oyuncaq dövlətin regiondahəyata keçirdiyi pozuculuq fəliyyətindən, gənclərimizn vətən üçün, onun gələcəyi üçün ağıllı savadlı olmalarının vacuibliyindən, millətə və dövlətə onun gələcəyinə sahib çıxmaq qədər mükəmməl əqidəyə, savada sahib olmalarından zəruriliyindən danışdı.
Tədbirdə millətimizin varlığının Azərbaycan dövlətinin olduğunu, onun qürurunun isə hər birimizin daim hiss edəcəyimizi bildirdi.
Könül Hacıyeva