Bu yazı bir bundan öncə Aprel döyüşləri zamanı yazılıb..
Son olaylardan çox narahat idim. Müharibə ovqatın hiss edən kimi onu daim gündəlik həyatlarında yaşayan insanların içərisinə, kəndimizə getdim. Düşündüm ki onlarla bir yerdə olum, hardasa köməyim dəyər. Amma daxilimdə tək bir narahatlıq vardı. Təki dayanmayaq. Təki davam etsin bu əməliyyat. Millətin müstəsna bir savaş ovqatı vardı. Bu hər xalqa və onu təmsil edən dövlətə, hakimiyyətə nəsib olan hal deyildi. Tək qorxum dayanmaq və bu zəhrimar atəşkəs idi. Çünki davam üçün bütün tarixi, geosiyasi, milli və sair şərtlər bizim tərəfimizdə idi…
Əvvala, Qarabağ savaşı Rusiyanın imperiya ambisiyasının nəticəsində yaranıb. Erməni əhalisi bu savaşda tərəf deyil və ən yaxşı halda tarixin ən eybəcər, murdar oyunlarında istifadə olunan bəxtsiz bir kütlədir. Onlar dövlət qurmayıblar, onları buralara etnos kimi müqavilələr, razılaşmalar gətirib. Bu murdar kütləni müxtəlif dövlətlərin ərazisindən toparlayıb bu bölgəyə uzaq məqsədlərə xidmət etmək üçün Rusiya imeriyası gətirib. Məqsədləri də bu olub ki, Qafqazlarda və Ön Asiyada Türklər parçalansın. Qüdrət mənbəyi olan gücləri biri – birilərinə qarşı savaşlarda tükədilsin. Odur ki, bizi 300 ildən artıqdır param-parça edirlər. Aramıza gah erməni, gah rus, gah da digər etnik kökənli əhalini salaraq başımıza olmazın müsibətlərini açıblar və açmaqda da davam edirlər. İndi həmin rus müstəqilik olduq deyə başımıza daha nələri açmayıb. Bəyəm kimə aydın deyil ki, Xocalı faciəsində iştirak edən ermənilərin sayı ilə müdafiə olunan Azərbaycan tərəfinin sayında cəmi 5-10 nəfər fərq vardı. Amma 1890 nəfərə yaxın rus hərbiçisinin və 110 yaxın zirehli rus texnikasının adını çəkməyə nədən qorxuruq? Bütün bunlar ortada ola –ola biz bu faciədə özümüzü günahkar çıxarmırdıqmı? İndi də yəqin ki, çoxlarımızın başından hamımız üçün ortaq olan qəribə suallar keçir.
1. Bilə-bilə ki Ermənistan (daha doğrusu ermənilər) bu müharibədə tərəf deyil və bu savaşın əsl sahibi ruslardır, nədən onun üstünə getmirik? Niyə Rusiyaya demirik ki, bizim bütün milli faciələrimizin tək səbəbkarı sənsən? Niyə demirik ki, Xocalıda 5 hərbi helikopterdən kimyəvi silahı işlətməklə mənim xalqıma qarşı soyqırımı sən törətmisən? 243 ermənini də hazırlamışdın ki, güya bunu onlar edib və bu düşmənçilik dərinə işləsin. Təkcə barış variant olmasın.
2. Niyə bu qədər ərazilərimizi işğal edib Ermənistan adlı qondarma dövlət yaradıb sonra da onun ərazisinə yeni ərazilərimizi qatıb bir murdar toplumu yedirmək xərcini də bizim torpağın talanı hesabına qoydun? Ərazilərimizi, gözəl səfalı yurdlarımızı şəhərlərimizi daş dövrünə qaytardın? Yetmədimi?
3. Vətənimizi param-parça etməyin, onun təbii sərvətini, keşməkeşli tarixini talamağın etməyin yetmədimi? Xalq olaraq bizə yaşatdırdıqların, millətimizin övladlarına sitəm verməyiniz yetmədimi?
4. Siz – hakimiyyətdə təmsil olunanlar bu savaşın və hərbi-siyasi situasiyanın sahibi olan kəslər rusların son hərbi əməliyyatlara müdaxilə edəcəyini əvvəlcədən bilmirdinizmi? Rusların dövlətimizin ən mötəbər vəzifələrində çalışan məmurlarına örden, medal vediyini, casusluq bağlarının olduğunu bimirdinizmi? Bu əməliyyatların yekunu barədə bir plana həqiqətən də malik deyilmişsiniz?
Sizin işiniz bundan ibarət idi ki, deyəsiniz “Cənab şimal ayısı, icazə ver vətənimizin bir qismini bütövləşdirək” Əgər bunca güçümüz cəsarətimiz yoxdursa, bu səhnə nə üçündür? Indi rus nə desə etməyəsiyik ki? Rus deyə bilər ki, hər tərəf öz əvvəlki mövqelərinə getsin. Etiraz qüdrətimiz varsa elə davam edib torpağımızı alardıq.
Axı millətimizi də sınadınız. Hər cür fədakarlığa hazır idi bu millət! Sadəcə bu kökünə, ruhuna yad olan bu ləkəni silmək istəyir bu millət. Deyir ki, qoy mənim övladıma vətən, torpaq, bütövləşdirmək kimi problemi qalmasın. Məmurlarımız daha zəngin olsun.və.s
İndi nə deyəcəyik bu sadə və sənin yolunda ölməyə hazır insanlara? Rus qoymadı deyə biləcəyikmi?
Qələndər Muxtarlı, Əslən Tərtərdən olan keçmiş Qarabağ döyüşçüsü