Rusiya, İran və Suriya xarici işlər nazirləri təcili Moskvada toplanır…

11/04/17 7:05

Rusiya, İran və Suriya xarici işlər nazirləri həftə sonu Rusiyanın paytaxtı Moskvada üçtərəfli görüş keçirəcəklər.

Rusiya Xarici İşlər Nazirliyi Sözçüsü Mariya Zaxarova, Ria-Novosti agentliyinə verdiyi açıqlamada, həftə sonu Moskvada Rusiya Xarici İşlər Naziri Sergey Lavrov, İran Xarici İşlər Naziri Cavad Zərif və Suriya Xarici İşlər Naziri Vəlid Müəllimin üçlü görüş keçirməsinin planlaşdırıldığını söyləyib.

Görüşdə Suriyada Bəşşər Əsəd rejiminin İdlib şəhərinin Xan Şeyxin mahalındakı kimyəvi silah ABŞ-ın Əsəd rejiminə məxsus hərbi hava bazasını vurmasının ardından son proseslərin dəyərləndirilməsi gözlənilir.

Rusiya, İran və Suriya üçlü görüşü, Rusiya və ABŞ xarici işlər nazirlərinin Moskvadakı görüşünün ardından keçiriləcək.

Transqafqaz.com
Kamran Turan