Ərdoğan və Putin iki ölkə arasında 2015in Dekabr ayında baş verən təyyarə böhranının ardından beşinci dəfə bu gün Soçidə Prezident İqamətgahında bir araya gələcək
Ərdoğanın, Putinin dəvətilə getdiyi Soçidə Türkiyə və Rusiya arasında ikitərəfli əlaqələr və başda Suriya olmaqla regional, beynəlxalq məsələlər haqqında fikir mübadiləsi aparılması nəzərdə tutulur.
Səfərin, Rusiya-Türkiyə dialoq prosesində, “yüksək səviyyəli təmas yolunun davamı” olaraq görülməsi lazım gəldiyi bildirilib.
Putin-Ərdoğan görüşündə, Türkiyə və Rusiya arasında müdafiə sənayesindən turizm və ticarətə qədər ikitərəfli məsələlər müzakirə olunarkən regional məsələlər də ətraflı bir şəkildə qiymətləndiriləcək.
Görüşdə Rusiyada yaşayan və ticarətlə məşğul olan Türk vətəndaşlarının iş icazələri, viza və şirkətlərə yönəlik fəaliyyət qadağalarının da müzakirəsi gözlənilir.
Prezidenti Ərdoğanla Rusiya Prezidenti Putin iki ölkə arasında 2015in Dekabr ayında baş verən təyyarə böhranından bu yana Sankt-. Peterburq, Çin, İstanbul və Moskvanın ardından bu gün beşinci dəfə Soçidə görüşüdür.
Könül Hacıyeva