Dünya gündəminin əsas mövzusu Ərəbistan yarmadasında yaşanan Qətər böhranıdır. Əvvəl Səudiyyə Ərəbistanı və Misir, sonra Bəhreyn, Birləşmiş Ərəb Əmirlikləri, Yəmən və Liviya, terrorizmə dəstək olduğu səbəbilə Qətər ilə diplomatik əlaqələri kəsdiyini elan etdilər.
Səudiyyə Ərəbistanının açıqlamasında, Qətərin Yəməndə İran dəstəkli Husi militanlarına verdiyi dəstəkdən bəhs edilərkən, Misir rəhbərliyi Qətərin Müsəlman Qardaşlara olan dəstəyini Misir milli təhlükəsizliyinə zidd olduğunu bildirib. Bəhreyn isə Qətərin öz ərazisindəki terror təşkilatlarına dəstək verdiyi və bu səbəblə də əlaqələri kəsdiyini bildirib.
Qətər cəbhəsindən, 6 Ərəb ölkəsindən gələn əlaqələri kəsmə qərarının, heç bir həqiqəti olmadığı iddia edilir və ittihamların əsassız olduğu qeyd edilib.
ABŞ Xarici İşlər Naziri Reks Tillerson tərəflərə dialoq çağırışı edərkən, “Tərəflər oturub fərqli arqumentlərini müzakirə etməli” fikrini söyləyib. İrandan gələn bəyanatlar isə qərarın Trampın Ər-riyad səfərinin ardından gəlməsinə vurğu edərək tərəflərin məsələni dialoqla həll etməsi lazım olduğunun bildirib.
Ekspertlər məsələnin kökündə müxtəlif amillərin durduğunu söyləsələrdə, əsas səbəblərdən biri kimi Qətərin “Müsəlman qardaşları” na dəstək verməsi ilə əlaqələndirirlər. Lakin maraqlı məsələ Trampın Əl Riyad səfərindən və “Qılınc rəqsi”ndən sonra bu cür gərginliyin ortaya çıxmasıdır…
Könül Hacıyeva