ABŞ Prezidenti Donald Tramp, Qətər Əmiri Şeyx Tamın bin Həməd Al Tani ilə həyata keçirdiyi telefon görüşündə, Qətər böhranının həlli üçün Thaniyi Ağ Evə dəvət edib.
Ağ Evdən görüşməyə dair edilən açıqlamada, Trampın telefon görüşündə Qətər Əmirinə regiondakı bütün ölkələrin terrorçuları maliyyələşdirməsinin qarşısını almaq və təhlükəli ideologiyanın yayılmasını dayandırmaq üçün əməkdaşlıq etmənin lazım olduğunu söylədiyini bildirib. Tramp, görüşdə Körfəz Əməkdaşlıq Şurası ölkələri birliyin və ABŞ arasındakı güclü tərəfdaşlığın terrorizmi məğlub etmək üçün çox əhəmiyyətli olduğunu ifadə edib.
Könül Hacıyeva