Bir müddət öncə Səudiyyə Şahzadəsi Vəlid Bin Telalın 300 milyon dollar sərmayə qoyduğu Twitter, Qətər mərkəzli Əl Cezire-nin (Al-jazeera) Ərəbcə hesabını bağladı.
Bəzi Körfəz ölkələrinin Qətərə tətbiq etdiyi diplomatik mühasirə davam edərkən, Qətər mərkəzli Əl Cezire-yə (Al-jazeera) daha bir zərbə də Twitter-dən gəldi.
Dünya üzrə milyonlarla istifadəçisi olan məşhur sosial media saytı Twitter, Qətər kapitallı media qurumunun Ərəbcə hesabını bağladı. Hesabın nə üçün qarşısı alındığına dair Twitter hələ bir açıqlama edilməyib.
Səudiyyə Şahzadə Vəlid Min Telal, bir müddət əvvəl Twittera 300 milyon dollar sərmayə qoyaraq şirkətin ən böyük ikinci səhmdarı olmuşdu.
Daha əvvəl Səudiyyə Ərəbistan və BƏƏ, Əl Cezire-nin ölkələrindəki nəşrini dayandırmış, İordaniya isə media qurumunun ölkədəki ofisini bağlamışdı.
Könül Hacıyeva