Dekabrın 29-da dollar 2 manata satılacaq

26/11/16 11:45

Dolların məzənnəsi günü-gündən artan templə davam edir. Kommersiya banklarının dollar satışına qoyduğu məhdudiyyətlər isə “qara bazar”da qiymətlərin yüksəlməsinə səbəb olur.

Bu gün “qara bazar”da 1 dollar 1.8050 manata satılır. Şənbə və bazar günlərində bankların işləmədiyini nəzərə alsaq, “qara bazar”da qiymətlərin daha da artması istisna deyil. Çünki ölkədə dollara tələbat həddindən artıq çoxdur və ilin sonuna doğru tələbat daha da artacaq.

“Qara bazar” nümayəndələrindən aldığımız məlumata görə, dolların satış qiyməti dekabrın sonuna qədər 2.00 manat olacaq. “Qara bazar” hətta tarix də verib: 29 dekabr tarixindən “qara bazar”da 1 dollar 2.00, avro isə 2.50 manata satılacaq.