Venesuela müxalifətinin tələbi ilə keçirilən referendumun nəticələri göstərdi ki, xalq hazırkı prezident Nikolas Maduronun istefasını istəyir. Bunu ölkədə keçirilən referendumdan sonra Milli Assambleyanın (Parlament) sədri Xulio Borxis bəyan edib.
Qeyd edək ki, hazırkı prezident 2013-cü ildə 7,58 milyon səs toplamaqla bu posta seçilmişdir, lakin müxalifət bu nəticələrin doğruluğunu qəbul etmir. (trend)
Könül Hacıyeva