İran Məclisi Urmiya Millət Vəkili Nadir Gazipur, Prezident Həsən Ruhani yeni yaradacağı 12-ci kabinetdə daha çox Türk əsilli məmurlara yer verməsi mövzusunda xəbərdarlıq edib.
İranlı Tələbələr xəbər Agentliyi İTXA-ə görə, baş assambleyada məclisə xitab edən Gazipur, “Kabinetdə Türk nazirlərin sayı artmalıdır. Əgər belə olmazsa Ruhani hökuməti, Türklərin yaşadığı yerlərdən millət vəkili olan 110 deputatdan (Türk əsilli) səs ala bilməyəcəyini və bu səsi bizdən gözləməsin”. Deyib.
Gazipur, “İran əhalisinin təxminən yüzdə 50-si Türkcə danışır. Məclisə təklif ediləcək yeni Təhsil Naziri, Konstitusiyanın 15-ci və 19-ci maddələrini tətbiq etməsi, məktəb və universitetlərdə Türkcə təhsili keçirməsi lazım olduğunu bilməlidir”. İfadələrini istifadə etdi.
İran Konstitusiyasının 15-cu maddəsində, “İranın rəsmi və ortaq dili Fars dilidir. Rəsmi yazışmalar və dərs kitabları bu dillə yazılır. Amma mətbuat və kütləvi informasiya vasitələrində, məktəblərdə yerli və tayfa dilləri ilə o dillərə aid ədəbiyyatın Fars dilinin yanaşı öyrədilməsi sərbəstdir”. İfadə edib. 19-ci maddə, millətin bütün fərdlərinin, hansı qövm və qəbilədən olursa olsun, bərabər hüquqlardan yararlanacağına rəng, irq, dil və bənzərlərinin ayrı-seçkilik səbəbi olmayacağını ibarətdir.
İran Məclisində 290 deputat var. Ruhaninin növbəti ay yeni kabinetini açıqlaması gözlənilir.
Könül Hacıyeva