Bərdədə Hind kinosu kimi hadisə…

25/07/17 2:06

 

Bərdə Rayonunun Yeni daşkənd kəndində Kənd sakini Dünyamalıyev Pənah Zeynalabdin oğlunun qonşusu onun həyətində olan ot tayasına, “Həyətimin görkəminə mane olur”, kölgə salır və sair bəhanəsilə od vurub yandırıb.

Yanğın əsnasında tayada olan 1400 ədəd ot presi, çardaq, bir necə mal-qara yanıb. Yanğının daha ciddi fəsadlar törətməməsi üçün onu söndürməyə çalışan həyat yoldaşı yanıq xəsarətləri alıb. Lakin ədalətin, vətəndaşın, mülkün keşiyində durmalı olan Hüquq Mühafizə Orqanları bu günə qədər hadisəni törədəni məsuliyyətə cəlb etməyib. Çünki hadisəni törədən şəxs əvvəlcədən od vuracağını nəinki mülk sahibinə, hətta hamının gözü qarşısında Sahə Müvəkilinə də bildirib. Mülki yanan, zərərçəkən də baş verəcək hadisə barədə nəinki yerli Hüquq Mühafizə Orqanlarına,  hətta 102 qaynar xəttinə zəng edərək açıq şəkildə hadisədən xeyli əvvəl məlumantlandırıb. Kənd əhalisi də məttəl qalıbdır ki, yəqin təqsirkar əvvəlcədən zəng edib hadisə törədəcəyini deyəndə onu məsuliyyətə cəlb etmirlər.

Kamal Əsgər