Rəssamlıq Akademiyasının üzvü olanlar, Beynəlxalq sərgilərin iştirakçısıları, bu gün keçirilən qabiliyyət imtahanından keçə bilməyib… Abituriyentlər narazıdır..
Bu gun Azərbaycan Dövlət Rəssamlıq Akademiyasında keçirilən qabiliyyət imtahanı zamanı baş verənlər, Abituriyentlərin və onları gözləyən valideynlərin ciddi narazılığına səbəb olub. Verilən məlumatlara görə imtahana görə rəsmi qaydada hamıdan 30 manatdan pul yığılsada abituriyentlərdən yalnız 800 nəfəri imtahan zalına buraxılıb, qalan digər Abituriyentlərə isə “binada yer yoxdu” deyərək onların imtahanı qeyri müəyyən vaxta saxlanılıb..
Valıdeyinlərin sözlərinə görə Qabilliyət imtahanının təşkili və keçirilməsi prosesində ədalət gözlənilmir. Adi şəkil çəkə bilməyənlər imthandan keçdiyi halda, Əzim Əzimzadə adıbna Kolleci bitirənlər, Beynəlxalq sərgilərdə uğurla iştirak edənlər, Rəssamlıq Akademiyasının üzvü olanlar Qabiliyyət imtahanından ya keçə bilməyib, yada aşağı bal alıb. İmtahana məsul olan Akademiya Rəsmiləri narazı Valıdeyin və Abituriyentləri qəbul etməyib.
Valıdeyn və Abituryentlər ölkə rəhbərliyindən baş verən biabırçılıqlarla bağlı obyektiv qiymətləndirmə və qanuni araşdırma tələb edirlər.
Cəfərova Şəhla Cənnət qızı
Abbasova Aynurə Tofiq qızı
Baxşıyev Fərhad ramiz oğlu
Mirişova Leyla
Əfəndiyeva Şəfəq və. başqaları
Transqafqaz.com