Daha bir həqiqət 16 il sonra üzə çıxdı…

08/08/17 7:33

Nyu-york Tibb Qurumu, 11 Sentyabr hücumlarından 16 il sonra qurbanlardan birinin kimliyinin müəyyən edildiyini bildirib.

Yeni DNT texnologiyası ilə kimlik təsbiti keçirilən kişi qurbanın adının ailəsinin istəyi ilə açıqlanmayacağı ifadə edilən açıqlamada, 11 Sentyabr hücumlarında həlak olanlardan kimlikləri müəyyən edənlərin sayının 1641-ə yüksəldiyi qeyd edilib.

Digər tərəfdən, 11 Sentyabr hücumlarında həyatını itirənlər arasında bundan əvvəlki ən son kimlik təsbiti isə 2015-də edilmişdi. Tibb qurumu hələ də yüzlərlə insanın kimlik kəşfini etməyə çalışdığı bildirilir.

2 MİN 977 NƏFƏR OLDÜ

11 Sentyabr 2001-il hücumlarda, 4 sərnişin təyyarəsi qaçırılıb, təyyarələrdən ikisi Əkiz Qüllələrə vurmuş, qaçırılan digər bir təyyarə paytaxt Vaşinqtonda Pentaqonu hədəf alarkən dördüncü təyyarə isə F-16-lar tərəfindən Pensilvaniya kəndində vurulmuşdur. Hücumlarda 2 min 977 nəfər həyatını itirmişdir.

Könül Hacıyeva