Bu gün İsmayıllıda dövlət ümumi təhsil müəssisələrində çalışan müəllimlərin bilik və bacarıqlarının diaqnostik qiymətləndirilməsinə başlanılıb.
APA-nın Təhsil Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, İsmayıllı Olimpiya İdman Kompleksində təşkil olunan və 2 gün davam edəcək qiymətləndirmədə İsmayıllı ilə yanaşı, Şamaxı və Qobustan rayonlarının dövlət ümumi təhsil müəssisələrində çalışan 3500 nəfərədək müəllim iştirak edir.
Eyni zamanda Şuşanın Qəbələ və İsmayıllı rayonlarında yerləşən ümumi təhsil müəssisələrinin müəllimləri də bu imtahanlara cəlb ediliblər.