Kiyevin mərkəzində Mixail Saakaşviliyə dəstək mitinqinə minə yaxın adam gəlib.
Saakaşvilinin yaratdığı Yeni Qüvvələr hərəkatı Ukraynada vaxtından qabaq parlament seçkilərinin keçirilməsini tələb edir.
Odessa qubernatorluğundan istefa verən Saakaşvili indiki prezident Poroşenkonu da Ukraynada korrupsiyalaşmış elitaya göz yummaqda ittiham edir.
Noyabrın 27-də Saakaşviliyə dəstək mitinqinə həm gənclər, həm də yaşlılar gəlib. Onların bir çoxunda Ukrayna bayrağı, bəzilərində isə Avropa Birliyi bayraqları olub.
Saakaşvili deyib ki, “Biz qalib gələcəyik. Biz Ukraynaın sərvətini xalqa qaytaracağıq”.
Saakaşvili deyib ki, Ukraynanı yenidən qüdrətli eləməyin yolunu bilir.