ABŞ İraq, Əfqanıstan və Suriyada yerləşdirilən hərbçilərin sayını açıqlayıb

28/11/17 7:54

Hazırda İraq, Əfqanıstan və Suriya ərazisində ABŞ əsgərlərinin sayı 26 minə yaxındır.

Bu barədə ABŞ müdafiə nazirliyinin hesabatında bildirilir.

Sentyabrın 30-a olan məlumata əsasən, İraqda 8 892, Suriyada 1 720, Əfqanıstanda isə 15 298 əsgərin olduğu göstərilir.  Rəqəmlər nazirliyin hər rüb apardığı hesabat çərçivəsində açıqlanıb.

Dünya üzrə ABŞ-ın ən iri hərbi kontingenti Yaponiya (45 minə yaxın əsgər), Almaniya (36 min) və Cənubi Koreyada (25 minə yaxın) yerləşdirilib. Ümumilikdə xarici ölkələrdə yerləşdirilən ABŞ hərbçilərinin sayı 257, 3 min nəfər təşkil edir.

Transqafqaz.com