QIŞDA İRAN BAHARI…(videolar) yenilənib.18-55 (Video)

31/12/17 5:46

İranda üç gündür davam edən hadisələr silahlı üsyana çevrilir.İranda Türklər rejim əleyhinə olan mitinqlərin önündədir.Onlar Polis məntəqəsinə hücum edərək silah anbarını ələ keçriblər.Əsas şüarları isə “Diktatora ölüm” şüarıdır. Türkiyə və Rusiya kimi regional dövlətlərin kİV-ləri İranda baş verənlərə olduqca ehtiyatla yanaşırlar.

.

Davamı

18-55

İranın Məşhəd şəhərindən başlayan etiraz aksiyaları Güney Azərbaycan şəhərlərinə də təsir edib.Aksiyaların başlanmasından 2 gün sonra Güney Azərbaycan şəhərləri bu etirazlara qoşulub. Xüsusi aktivlik Urmiya, Zəncan və Əbhər şəhərlərində müşahidə olunub. Urmiyadakı aksiyalarda iştirak edən azərbaycanlılara qarşı polis tərəfindən güc tətbiq olunub.Zəncan şəhərində isə etirazçılarla toqquşduqdan sonra polis dəstələri qaçmağa başlayıb. Qaçan polis dəstələrinin ardınca etirazçılar “Bişərəf, Bişərəf” şüarları səsləndiriblər.
Paytaxt Tehran şəhərində də dünən gün ərzində aksiyalar sakitləşməyib. Xüsusi aktivliyi Tehran Universitetinin tələbələri göstəriblər. Paytaxt küçələrindən birində yerləşən İranın Ali dini lideri ayətullah Əli Xameneinin posteri cırılıb.Ən ağır vəziyyət İranın Loristan vilayətinin Dorud şəhərində qeydə alınıb. Belə ki, bu şəhərdə etirazçıların “Xameneiyə ölüm” şüarlarına odlu atəşlə cavab verilib. Atəş nəticəsində 3 nəfər həlak olub, 1 nəfər isə yaralanıb. Həlak olanlardan yalnız ikisinin kimliyini müəyyənləşdirmək olub. Onların Həmzə Ləşəni və Hüseyn Rəşno olduğu bildirilib.Axar.az

Kamal Əsgər