Türkiyədən Kritik İran Açıqlaması: Mitinqlərə Netanyahu və Trump Dəstək Verir.
İrandakı hadisələrlə bağlı danışan Xarici İşlər Naziri Mövlud Çavuşoğlu, “İrandakı nümayişlərə iki nəfər dəstək verir. Biri Netenyahu digəri Trump”. Deyib. Bu səhər qəzetlərin Ankara nümayəndələri ilə görüşən Xarici İşlər Naziri Mövlud Çavuşoğlu, İrandakı hadisələrlə bağlı önəmli bəyanatlar verib. Çavuşoğlu, “Bu prosesə dəstək verən iki nəfər var. Biri Netenyahu, digəri Trump. Başqa ölkələrdən bu aksiyalara dəstək verən açıqlamalar görməmişəm” deyə danışdı.
İrandaki “hadisələrə dair bəyanatlar verən Çavuşoğlu,” Zərif ilə hadisələrin ikinci günündə təmasımız oldu. Telefonlar daima kəsildi. Mesajlaşma, daha sonra telefonla danışdıq. Zərifin dediklərinə görə, vəziyyət o qədər də pis deyil. Türkiyədəki “gəzi olaylarına” bənzəyir. İran rəhbərliyinin bu nümayişçilərə qarşı diqqətli davrandığını, bəzi qrupların əlində silahlar, bıçaqlar, molotov olduğunu, bunların sağa sola atəş etməsindən dolayı insanların, təhlükəsizlik qüvvələrinin öldüyünü söylədilər”. Dedi.
Kamal Əsgər