ABŞ-dan Rusiya və Çinə gözdağı! ABŞ, Hipersonik silahını test edəcək.
ABŞ Müdafiə Nazirliyi (Pentaqon), hipersonik texnologiyalar sahəsində işlərini davam etdirdiyini və hipersonik silah testlərinin gələn ildən başlayacağını bildirib.
Silah texnologiyasında Rusiya və Çinin gerisində qalmaq istəməyən ABŞ-ın hipersonik silahını inkişaf etdirdiyi ortaya çıxıb. Stiven H. Uolker, “Rusiya və Çin kimi ölkələrlə yarışdığımızın fərqindəyik” – dedi.
ABŞ-ın müdafiə texnologiyaları istehsal edən agentliyi DARPA Direktoru Stiven H. Uolker, hipersonik silahı təkmilləşdirdiklərini açıqlayıb. Stiven H. Uolker, “DARPA bir neçə ildir ki, ABŞ Silahlı Qüvvələri, Amerika Aviasiya və Kosmos Dairəsi NASA ilə birlikdə hipersonik silah inkişaf etdirdi və bu iş növbəli bir vəzifədir” ifadələrini işlədib.
RUSİYANIN YENİ SİLAHLARI
Rusiya Prezidenti Vladimir Putin də dünən Federal Məclisdə çıxışında dünyada analoqu olmayan ən yeni Rus silahlarına geniş yer verib.
Putinin dediyi fikirlərə ABŞ-dan cavab gecikmədi.
Dünyanın harasında olursa olsun, hər hədəfə səsdən 25 dəfə sürətlə yaxınlaşa və dəqiqələr içində vura bilən Hipersonik silah, 5,5 ton bomba daşıya bilir.
Q.Muxtarlı