Yeni bir nüvə silahlanma yarışının astananda ABŞ və Rusiyanın ardından, qlobal iqtisadi güclər sıralamasında hələlik ikinci sırada yer alan Çin Xalq Respublikası da müdafiə büdcəsi kartlarını açdı. Çin Xalq Konqresinin 5 Martdakı açılışında, 2018-ci ilin müdafiə büdcəsinin 1,11 trilyon yuan (təxminən 175 milyard dollar) olduğunu Baş Nazir Li Kıçiang tərəfindən elan edilib. Müdafiə ayırdığı bu miqdarla, Çin ABŞ-ın 2019 müdafiə büdcəsinin (700 milyard dolları tapması gözlənilir) xeyli gerisində qalsa da, Rusiyanın növbəti 9 ildəki müdafiə xərclərinin təxminən yarısını yalnız 2018-ci ildə keçmiş olacaq. Çinin detalları bilinməyən müdafiə xərcləri, indidən yalnız ABŞ-ı deyil, Yaponiyadan Vyetnama, Tayvandan Hindistana qədər Asiya-Sakit Okean və Cənubi Asiya bölgəsindəki rəqiblərini və ABŞ-ın tərəfdaşlarını təşvişə salıb.
Q.Muxtarlı