Mərkəzi Kəşfiyyat İdarəsinə ilk dəfə qadın rəhbərlik edəcək

14/03/18 12:03

Mərkəzi Kəşfiyyat İdarəsinə ilk dəfə qadın rəhbərlik edəcək

ABŞ prezidenti Donald Tramp Mərkəzi Kəşfiyyat İdarəsinin (MKİ) rəhbəri vəzifəsinə daha əvvəl direktor müavini kimi çalışmış Cina Haspeli təyin edib.

Bununla da MKİ-yə ilk dəfə qadın rəhbərlik edəcək.

Xatırladaq ki, bir qədəəvvəl D.Tramp MKİ rəhbəri Mayk Pompeonu ABŞ dövlət katibi vəzifəsinə təyin edib.

Qeyd edilir ki, C.Haspel 1985-ci ildən idarədə çalışır, xaricdə böyük iş təcrübəsinəmalikdir. O, xarici kəşfiyyat xidməti və antiterror mərkəzinin direktor müavini vəzifələrində işləyib.

Əfsanə Turançı

Transqafqaz.com