Prezident Ərdoğan, 14 Mart Tibb Bayramı münasibətilə keçirilən tədbirdəki çıxışında, “Türkiyə, hər sahədə atdığı addımlar kimi, səhiyyə sahəsindəki keçdiyi məsafə, onunla birlikdə bütün dostların, bütün bəşəriyyətin xidmətində dura bilir. Beynəlxalq aləmdən ölkəmiz ciddi miqdarda xəstə ala biləcək bir nöqtəyə gəlmidir. Bu gün Türkiyə dünyanın ən önəmli beynəlxalq səhiyyə xidmətləri mərkəzlərindən biri halına gəlmişdir” deyib.
“Bizim mədəniyyətimizdə tibb elmi ilə məşğul olmaq həm də “Rəbbin insan üzərində təzahür edən hikmət, möcüzələrinə də şahid olmaq deməkdir” deyən Prezident Ərdoğan, bunun üçün tibb alimlərinin hamısının, eyni zamanda dini elmlər sahəsində də əsər vermiş könül sultanları olduğunu ifadə etdib. Prezident Ərdoğan sözlərini belə davam etdirdi: “Loğman Həkim hekayələri, bir tərəfdən bu dünyada insanlara şəfa vermək üçün Allahın verdiyi nemətlərin arxasınca bitməyən bir axtarışı, digər tərəfdən də əbədi aləmə hazırlığın formullarını izah edir. İbn Sinanın bu günümüzə gələn əsərlərinin bir qismi tibblə bağlı, əsl böyük yekün isə fəlsəfə, əxlaq kimi digər sahələrə aiddir. İnsan deyilən varlığı yaxından baxıb da, onu yaradan Rəbbi təfəkkür etməmək, onsuz da mümkün deyil”.
Transqafqaz.com
ƏfsanəTurançı