Çavuşoğlu: İran, Bakı-Tbilisi-Qars Dəmir Yoluna qoşulmaq istəyir.

15/03/18 6:37

Xarici işlər Naziri Mövlud Çavuşoğlu, İranı Bakı-Tbilisi-Qars Dəmir Yolu xəttinə birləşdirmək istədiyini söylədi.
6-ci Qlobal Bakı Forumu və Türkiyə-Azərbaycan-Gürcüstan-İran Xarici İşlər Nazirlərinin Dördtərəfli Görüşündə iştirak etmək üçün Bakıda olan Çavuşoğlu, mətbuat nümayəndələrinin suallarını cavablandırıb.
Türkiyə, Azərbaycan, Gürcüstan və İran ilə ilk dəfə dörd tərəfin iştirakı ilə iclas keçirdiklərini qeyd edən Çavuşoğlu, bunun Azərbaycan və Türkiyənin regionda oynadığı rolun göstəricisi olduğunu bildirib.
İclasda gələcəyə yönəlik bir yol xəritəsi imzalayacaqlarını deyən Çavuşoğlu, “Yol xəritəmiz, infrastruktur layihələri, nəqliyyat, enerji, iqtisadiyyat, ticarət, gömrük kimi məsələləri ehtiva edir. Sonrakı prosesdə 4 ölkə bu məsələdə birgə addımlar atacaqdır. Bakı-Tbilisi-Qars Dəmir Yolu açıldı. İndi İran da bu yola birləşdirmək istəyir”. Deib.
6-ci Qlobal Bakı Forumunu qiymətləndirən Çavuşoğlu, dünyada irqçiliyin, əcnəbi düşmənçiliyinin, İslam düşmənçiliyinin, dözümsüzlüyün artdığı bir şəraitdə buradan bütün dünyaya güclü mesajlar çıxacağını vurğulayıb.
Çavuşoğlu, “Fərqlərimiz sərvətlərimizdir. Eynilə Azərbaycanda və Türkiyədə olduğu kimi birlikdə yaşamağı öyrənməliyik və bir-birimizə hörmət etməliyik. Fərqli inanclarda, etnik qruplarda ola bilərik amma bir-birimizin düşməni deyilik” deyib.
Transqafqaz.com
Əfsanə Turançı