Türkiyənin Afrin zəfəri müasir hərbi əməliyyatlar tarixinin ən şərəfli və cəlbedici səhifəsidir…

19/03/18 9:09

Türkiyənin Afrin zəfəri müasir hərbi əməliyyatlar tarixinin ən şərəfli və cəlbedici səhifəsidir…
Türkiyəmizin tarixi Afrin zəfəri, Türkiyə Çumhuriyyətinin tarixində ən uğurlu əməliyyatlardan biridir və 58 gün ərzində uğurla başa çatıb. Türkiyə Silahlı Qüvəllərinin hazırladığı hərbi əməliyyat planı müasir hərbi əməliyyatlar tarixinin çox diqqət çəkən şanlı bir səhifəsidir. Bu əməliyyatlarda diqqət çəkən bəzi məqamları bölüşmək istərdim.

-Əvvala Afrin əməliyyatı, Türkiyə Cumhuriyyətinin vaxtilə min il sahib olduğu və 1923 cü il Lozanna sülhündə itirdiyi Suriyadakı tarixi torpaqlarına ilk hərbi müdaxiləsi idi. Lozannadan bu yana dünya gücləri Türkiyəni elə bir siyasi sistemin içərisində saxlayırdılar ki, onların razılıq vermədiyi bir hərəkətə və ya bu tipli bir əməliyyata cəhd edəndə ya parlament böhranı, ya daxili çəkişmələr, ya da hərbi çevrilişlərlə təşəbbüskarı yerində otuzdura bilirdilər.

-Bu əməliyyatlar Türkiyənin siyasi sistemində həyata keçirilən yeniliklərin nəticəsi kimi ortaya çıxdı və uğurlu sonluqlar ortadadır. Millət məclisində keçiçi əksəriyyət səsə malik hakim partiya etibarlı bir şəkildə Türkiyə sərhədlərindən kənarda hərb əməliyyatlara qərar verməyə qədər əmin və güvənlidir. Üstəlik xalqla – dövlətin bötüvlüyünü saxlayan Milliyyətçi Partiya ilə ittifaq qurmaqla həm daxildə yarana biləcək narahatlıqları həm də milli həmrəyliyi əldə edərək hərbi əməliyyatlara milli məzmun verə bildi.

-58 gündə gerçəkləşən əməliyyatlar zamanı TSK ən az itki verməklə qarşı tərəflə müqayisədə qat-qat çox- 3622 nəfər itkisinə nail oldu, məzlum ərazi əhalisi tərəfindən xilaskar kimi coşqu və sevgi ilə qarşılandı, nəzarətə götürdüyü şəhəri- Afrini demək olar ki, zərər toxundurmadan azad etdi. PYD-nin güya 50-60 minlik ordusunun olduğu , Suriya əməliyyatlarında heç vaxt məğlub olmadığı, ən müasir Amerikan silahlarına sahib ordu olması kimi nağılları Türk silahlı qüvvələri qısa zamanda püça çıxardı.

Nəhayətdə Türkiyə Afrin qələbəsini Çanaqqala zəfərinin ildönümü ilə eyni tarixdə təsbit etməsi ilə Dünya güclərinə bəşər tarixinin ruhu olan bu qoca millətin güçünü bir daha xatırlatdı. Türkiya yaranmış tarixi geosiyasi və psixoloji aspektləri nəzərə alaraq əməliyyatlarını davam etdirməli, proseslər Türkiyə sərhədlərindən kənara çıxmaqla Suriya i.ğalında olan Hələbin və İraq işğalında olan Ərbilin azadlığına nail olmalıdır.

Afrin əməliyyatı və Türiyənin gücünün bu formada şəkillənməsi digər Türk Cumhuriyyətlərində və ellərində bir diriliş hərəkatına milli-mənəvi stimuldur.

Azərbaycan Milliyyətçi kəsimi olaraq bizlər Türkiyəmizin Afrin əməliyyatındakı uğurlarını dəstəkləyir və Qarabağımızın azadlığı, tarixi vətən torpaqlarımızın bütövləşməsi yolunda bu hadisəni tarixin dönəm anı kimi təqdir edirik

TANRI TÜRKÜ QORUSUN!

Transqafqaz.com