Prezident Rəcəb Tayyib Ərdoğan Trabzonda AK Partiya qurultayı ərəfəsində xalqa müraciət edib. Zeytun Budağı Hərəkatının uğuruna işarə edən Ərdoğan, Sincarın da terrorçulardan təmizlənməsi üçün əməliyyatların başladığını bildirib.
Ərdoğan, “Afrin ilə kifayətlənməyəcəyik” dedik. PKK-lılar Sincara qaçıb oraya da gedəcəyik. Bizim dərdimiz terrorçular” deyə danışdı. Ərdoğan, Qərb ölkələrinə də müraciət edərək “Qərb bizə ağıl verməyə çalışır, o ağlı özünüzə saxlayın. Hamısının video qeydləri var. Sabah onsuz da Varnada bir araya gələcəyik, hazırlıqları etdim, onlara göstərəcəyəm” ifadələrini istifadə etdi.
15 il bundan əvvəl yola AK Partiya olaraq çıxanda Türkiyə nə idi? İndi nə oldu? Qara dəniz sahil yolunu başa çatdırdıq. Dağları dəldik Fərhad Şirinə çatıb. Hakimiyyətə gələndə milli gəlir 3400 dollar idi, indi 11 min dolların üstünə çıxdıq. İnşallah təyyarəmizi da edəcəyik.
Bizim bu ölkədə görəcəyimiz çox iş var. Millətimizi müasir mədəniyyətlər səviyyəsinin üstünə çıxaracağıq. Bu qərblilər niyə qısqanır? Məhz bundan. Buraya gələndə soruşdum ki, nə qədər olub zərərsizləşdirilən terrorçu sayı 3747-dedilər. Yənədə Davam.
Afrin ilə bu iş bitməyəcək dedik. PKK-lı Sincara doğru getdilər, Sincara da girəcəyik – dedim. Orada da əməliyyatlar başlayıb. İçəridə mübarizə, bayırda da mübarizə. Bizim dərdimiz terrorçular, biz bir işğal dövləti deyilik. Onun qərbdə nümunələri var. Bunu Afrikalı dostlarımız çox yaxşı bilir. Bizim tariximizdə ədalət var. Məzlumların yanında yer almaq var. Zalımlarla birlikdə olmaq yox. O məzlumların yanındayıq”.
Transqafqaz.com