“Yurda qayıdış” aksliyasına imkan verilməyib

01/09/18 12:12

“Yurda qayıdış” çağrışını bir neçə gün əvvəl sosial şəbəkələrdə Ağdam rayonunun Qərvənd kəndindən olan məcburi köçkün Camal Əhmədov edib.

Camal Əhmədov
Camal Əhmədov

Çağırışda deyilir ki, 66 yaşlı, ağır xəstə vəziyyətdə olmaqla 30 ildir Qarabağ dərdi ilə sinəsi dağlanan bir vətəndaşam.

“Ərazi bütövlüyümüz uğrunda ölümün ağzına atılan bir vətəndaşını yola salmağa gəlməyə qeyrəti çatmayanlar vətəni, milləti, dövləti və dövlətçiliyimizi ağ günə çıxara bilməzlər…

Məni yola salmağa gələcək insanlar ucadan şüarlar söyləməyin, əllərinizə hər hansı bir bayraq və ya hər hansı bir rəngdə olan parça, plakat almayın, ictimai asayişə ciddi əməl edin, polisin və ya hərbiçilərin qanuni göstərişlərinə mübahisəsiz əməl edin, onlara qətiyyən müqavimət göstərməyin, onlara qarşı qətiyyən zor tətbiq etməyin, mitinq, yürüş təşkil etməyin”, o facebook səhifəsində qeyd edib.

Əhmədovun çağırışına onlarla insan gəlib. Çağırışa gələnlərin arasında keçmiş baş nazir Pənah Hüseyn, azadlıq hərkatının liderlərindən Nemət Pənahlı, keçmiş mdafiə naziri Rəhim Qazıyev, Qarabağ Azadlıq Təşkilatının rəhbəri Akif Nağı və digər çoxsaylı siyasi və ictimai fəallar var.

Bərdə-Ağdam dördyolu kimi tanınan ərazidə olan aksiya iştirakçılarından biri Amerikanın Səsinə bildirib ki, ərazini polislər əhatəyə alıb.

“Buraya çoxsaylı Post Patrul Xidmətinin avtomobilləri və ətraf rayonların polis şöblələrinin əməkdaşları yerləşdirilib. Aksiyaya imkan vermirlər. Çağırış edən Camal Əhmədov, Pənah Hüseyn, Nemət Pənahlı, Rahim Qazıyev, Akif Nağı və digər çoxsaylı insanlar saxlanılaraq Bərdə, Tərtər və Ağdam Polis şöbələrinə aprılıb”, o qeyd edib.

Digər bir iştirakçı isə Amerikanın Səsinə deyib:

“Biz məcburi köçkünlər öz vətənimizdə, heç bir dövlətin sərhədini pozamadan, dinc şəkildə, şüarlar söyləmədən, ölümümüzü belə gözümüzün altına alaraq öz doğma evimizə qayıtmaq istəyirik. Öz evinə qayıtmaq istəyən insanlara əslində beynəlxalq humanitar hüququn tələblərinə uyğun olaraq Azərbaycan və Ermənistan hərbçiləri təhlükəsiz dəhliz açmalıdır. Biz öz doğulduğumuz evimizdə yaşamaq istəyirik. Faşist Aamaniyası belə dinc insanları evindən qovmayıb. Bizim öz evimnizə getməyimizə özümüzünkülər imkan vermir ”, Laçın rayonunun ermənilərin nəzarətində olan kəndindən məcburi köçkün göz yaşı ilə Amerikanın Səsinə bildirib.

Bakı vaxtı ilə saat 11.30-da Pənah Hüseyn və Akif Nağının polisdə izahatı alınaraq azad buraxılıb.

“Bizi və bir neçə aksiyaya qöşulmaq istəyən insanları yolda saxlayaraq Tərtər rayon Polis şöbəsinə apardılar və izahatımızı alaraq azad etdilər. Camal Əhmədov hazırda Bərdədir, onunla telefonla əlaqə saxlamışam”, Pənah Hüseyn Amerikanın Səsinə bildirib.

Bununla yanaşı, hələ Nemət Pənahlıının, Rəhim Qazıyrvin telefonuna zəng çatmır.

Rəsmi qurumlar aksiya və saxlanılanlarla bağlı hələ məlumat yaymayıb.

Transqafqaz.com