Məhkəmə prezidenti vətənə xəyanətdə ittiham etdi

29/11/16 7:52

Viktor Yanukoviç, Ukraynanın sərhədlərini dəyişdirmək məqsədi ilə Moskva rəhbərliyi ilə əməkdaşlıqda, konstitusiya quruluşunu pozmaqda, vətəndaş müharibəsini başlatmaqda ittiham olunur.

Ukraynanın baş prokuroru Yuri Lutsenko sabiq prezident Viktor Yanukoviçi dövlətə xəyanətdə ittiham edib. Sputnik Ukrayna mətbuatına istinadən xəbər verir ki, ittiham şifahi formada səsləndirilib. Yuri Lutsenkonun prezidentə qarşı məhkəmə ittihamı ilə bağlı məlumatlar Yanukoviçin Rusiyadakı ünvanına göndərilib. Viktor Yanukoviç, Ukraynanın sərhədlərini dəyişdirmək məqsədi ilə Moskva rəhbərliyi ilə əməkdaşlıqda, konstitusiya quruluşunu pozmaqda, vətəndaş müharibəsini başlatmaqda ittiham olunur.

http://sputnik.az/