Şimali Koreya lideri Kim Çen In KXDR-in nüvəsizləşdirilməsini həyata keçirməyə hazır olduğunu bildirib.
“Report” RİA “Novosti”yə istinadən xəbər verir ki, o bunu ABŞ prezidenti Donald Trampla görüşdə deyib.
“Mən hazır olmasaydım, burada olmazdım“, — deyə Kim Çen In bildirib.
Öz növbəsində, Tramp Kim Çen Inın bəyanatını “ən yaxşı cavab” adlandırıb.
İlahə Turan