Rusiya ABŞ-ın BMT-də Venesuela üzrə qətnaməsinə veto qoyub

01/03/19 8:26

Rusiya və Çin ABŞ-ın BMT Təhlükəsizlik Şurasında Venesuela üzrə qətnaməsinə veto qoyub.

Bu barədə  “RİA Novosti”  xəbər verir.

Bildirilir ki, ABŞ öz sənədində Venesuelada beynəlxalq müşahidə ilə yeni prezident seçkilərini keçirməyi təklif edib. Rusiya Amerikanın sənədinə qarşı özünün Venesuela üzrə qətnamə layihəsini yayıb. Sənəddə Venesuela dövlətinin müstəqilliyini, suverenliyini müdafiə etmək, həmçinin yaranmış vəziyyəti “Montevideo mexanizmi” vasitəsilə həll etmək təklif olunur.

Rusiyanın BMT Təhlükəsizlik Şurasında daimi nümayəndəsi Vasili Nebenzya bildirib ki, əgər sənəd qəbul edilməsə, onda bu, tarixdə birinci qanuni prezidentin vəzifəsindən çıxarılması hadisəsi olacaq.

Qeyd edək ki, Çin də ABŞ-ın BMT Təhlükəsizlik Şurasında Venesuela üzrə qətnaməsinə veto qoyub.

Transqafqaz.com

İlahə Turan