“Rəsmi Ankara Rusiyanın S-400 zenit-raket kompleksini əldə edəcəyi halda ABŞ Türkiyəyə qarşı sanksiya tətbiq edə bilər”.
Bunu ABŞ Dövlət Departamentinin mətbuat katibinin müavini Robert Palladino bildirib.
Onun sözlərinə görə, ABŞ-ın S-400 sistemi üzrə Türkiyə-Rusiya müqaviləsinə mövqeyi dəyişməyib: “Bu sistemin Rusiyadan Türkiyənin təşəbbüsü ilə alınması Vaşinqtonda ciddi naratalıq doğurub”.
O xatırladıb ki, ABŞ Türkiyə ilə Raket Hücumundan Müdafiə Sistemi üzrə sıx təmasdadır: “Türkiyə tərəfinə “Patriot” Zenit Raket Kompleksinə yiyələnməyi təklif etmişik. Rusiyanın Türkiyəyə S-400 tədarükü Ankaranın F-35 qırıcılarının 5-ci nəsil proqramının yaradılmasında iştirakına yenidən baxmağımıza səbəb olacaq. Bundan başqa, gələcəkdə Türkiyəyə silah tədarükü imkanları sual altına düşəcək”.
Dövlət Departamentinin təmsilçisi qeyd edib ki, S-400-ü silah arsenalına daxil edən ölkələrə “Amerikanın əleyhdarlarına qarşı sanksiyalar vasitəsilə müqavimət” (“Countering America’s Adversaries Through Sanctions Act”) qanunu tətbiq ediləcək.
Qeyd edək ki, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan 2017-ci ilin dekabrında Rusiya ilə S-400-ün alınmasına dair müqavilə imzalandığını bildirib.
Transqafqaz.com