Qarabağ savaşının veteranı İlyas Abdullayev və Qarabağ Qazisi, Yavər Mikayılov 11 gündü “Bandoddeldə” saxlanır
Azərbaycan Xalq Hərəkatının fəallarına qarşı siyasi hakimiyyətin repressiyası bütün şiddəti ilə davam etməkdədir. Azərbaycan Milliyətçi Demokrat Partiyasının Siyasi Şura üzvü, Qurultaya Hazırlıq üzrə Təşkilat Komitəsinin dönəm sədri, AXH –nın İdarə heyətinin üzvü,Qarabağ savaşının veteranı İlyas Abdullayev və Qarabağ Qazisi, Yavər Mikayılov 18 May 2019-cu ildən Baş Mütəşşəkkil Cinayətkrlığa Qarşı Mübarizə İdarəinin əməkdaşları tərəfindən saxlanılıb. Onlara hüquqi yardım göstərmək üçün Azərbaycan vəkillər Kollegiyasının üzvü vəkili Yavər Hüseynlə müqavilə bağlanıb. Lakin vəkil Yavər Hüseyn Baş Mütəşşəkkil Cinayətkrlığa Qarşı Mübarizə İdarəinə müracət etsədə ona bildiriblər ki, belə şəxslər bu idarədə saxlanmır.
Ardınca isə Azərbaycan Milliyətçi Demokrat Partiyasının,o cümlədən Azərbaycan Xalq Hərəkatının. Şirvan, Şəki, Qubadlı, Sumqayıt, Bərdə, rayon təşkilatlarının rəhbərlərini Baş Mütəşşəkkil Cinayətkrlığa Qarşı Mübarizə İdarənə gətiriblər. Əsas motiv kimi “Qarabağa azadlıq” tələbi ilə mitinq çağrışı etmələri güman edilir.
Bu dəqiqələrdə verilən məlumatlara görə İlyas Abdullayev və Yavər Mikayılov hələ də Baş Mütəşşəkkil Cinayətkrlığa Qarşı Mübarizə İdarəindədirlər.
P.S Azərbaycan Xalq Hərəkatının lideri, İsgəndər Həmidov səhətində yaranmış narahatlıqla bağlı həkimlərin rəyi əsnasında əməliiyat olunması üçün xarici ölkəyə aparılıbdır.
Toğrul Lətifzadə