İran dünya bazarında neftin qiymətini qaldırmaq üçün Birləşmiş Ərəb Əmirliklərinin sularında dörd tankerə hücum edib.
“Report” TASS-ın Reuters-ə istinadən verdiyi xəbərə görə, bu barədə ABŞ dövlət katibi Maykl Pompeo deyib.
“Bu, dünya bazarında neftin qiymətini artırmaq üçün edilib”, – Reuters agentliyi cümə axşamı Pompeoya istinadən məlumat verib.
Qeyd edək ki, mayın 12-də BƏƏ-nin Oman körfəzində yerləşən Fuceyra limanında ikisi Səudiyyə Ərəbistanı, biri BƏƏ, biri isə Norveçə məxsus 4 neft tankeri hücuma məruz qalıb.
Pentaqon da tankerlərə hücumda İranı günahlandırıb, lakin İran rəsmiləri bu iddiaları rədd edib.
Toğrul Lətifzadə
Transqafqaz.com