ABŞ Administrasiyası erməni soyqırımını tanımır – Dövlət Departamenti

18/12/19 1:57

Tramp Administrasiyası bildirib ki, 1915-ci ildə ermənilərin kütləvi qətllərini soyqırım hesab etmir, bu da ABŞ Senatının səsvermə nəticəsində yekdilliklə qəbul etdiyi sənədə ziddir.

Ötən həftə keçirilən tarixi səsvermə ermənilərin kütləvi ölümünün soyqırım olduğunu həmişə inkar edən Türkiyənin narazılığına səbəb olub.

Cümə günü Türkiyə XİN ABŞ-da qəbul edilmiş qətnamələrlə bağlı etirazını bildirmək üçün ABŞ səfirini çağırıb, ABŞ-ı “tarixi siyasiləşdirməkdə” ittiham edib.

“Administrasiyanın mövqeyi dəyişməyib”, deyə çərşənbə axşamı Dövlət Departamentinin mətbuat katibi Morqan Ortaqus bildirib. “Bizim baxışlarımız prezidentin ötən ilin aprelində bu məsələ ilə bağlı verdiyi yekun bəyanatda əksini tapıb”, deyə o bildirib.

Ötən ilin aprelində qətllərin ildönümü zamanı verdiyi bəyanatda Tramp bildirib ki, ABŞ “20-ci sərin ən dəhşətli kütləvi cinayətlərindən birinin” qurbanlarının xatirəsini yad edir, amma o, soyqırım sözündən istifadə etməyib. Bunun yerinə o, erməniləri və türkləri “öz ağrılı tarixlərini etiraf etməyə və nəzərə almağa çağırıb”. Turan

Transqafqaz.com

Toğrul Lətifoğlu