İranın Silahlı Qüvvələrinin komandanı Əbdülrəhim Musavi ABŞ prezidenti Donald Trampın ölkəsinin 52 obyektinin vurulması ilə bağlı təhdidlərinə cavab verib.
“Report” IRIB telekanalına istinadən xəbər verir ki, İran rəsmisi ABŞ-ın bu addımı atmağa cəsarət etməyəcəyini bildirib.
Xatırladaq ki, yanvarın 3-də ABŞ-ınb hərbi qüvvələrin İraqın paytaxtı Bağdaddakı hava limanına endirdikləri raket zərbələri nəticəsində İran İnqilabı Keşikçiləri Qvardiyasının (“Sepah”) “Quds” qanadının komandanı, general Qasım Süleymani həlak olub.
Transqafqaz.com
Toğrul Lətifoğlu