İraqda ABŞ əsgərlərinin yerləşdiyi Ayn əl-Əsəd hərbi bazası 9 ballistik raket zərbəsi ilə bombalandı.
İran İnqilab Keşikçiləri bu hücumu onların həyata keçirdiyini bəyan edib və hərbi bazanı dəfələrlə bombaladığını bildirib.
Bəyanatda bildirilir ki, ABŞ ordularının yerləşdiyi hər hansı ölkədən cavab atəşi edilərsə, İran o ölkəni vuracaq.
Pentaqondan bu xəbər təsdiqlənib və başqan Trampın mövzu ilə bağlı məlumatlandırıldığı bildirilib: “Hazırda təkcə Ayn əl-Əsəd deyil, İraqdakı bütün amerikan hərbi bazalarına hücum edilir”.
İranın dövlət televiziyasının yaydığı məlumata görə, ABŞ-ın İraqdakı hərbi bazalarına hücum zamanı 80 amerikalı əsgər ölüb. Hücum nəticəsində yaralananlar da var.
Transqafqaz.com
Toğrul Lətifzadə